“Loryan”ın hücumçusu Vensan Abubakar “Monako”nun maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, knyazlıq klubu artıq kamerunluya görə klubuna 10 milyon avro təklif edib.
İdmanxeber.com-u məlumatına görə, “Qırmızı-ağlar” “Real”a transfer olunma ehtimalları yüksək olan Radamel Falkaonun boşluğunu məhz Abubakarla doldurmaq istəyir. Geridə qalan mövsümdə 35 qarşılaşmada forma geyən forvard 16 qol və 8 məhsuldar ötürməylə yadda qalıb.