Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycan millisinin qonağı olacaq Farer adaları yığmasının start heyəti müəyyənləşib. Yığmanın çalışdısırıcı Lars Olsen matça 2 gün qalmasına baxmayaraq, “11-liy”qli yerli mətbuata bildirib.
Farer adaları noyabrın 17-də 5-4-1 taktiki sxemindən istifadə edəcək. Heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alacaq:
Qunnar Nilsen – Gilli Sorensen, Odmar Feryo, Atli Qreqersen, Sonni Nattestad, Vilyormur Davidsen – Sölvi Vatnhama, Hallur Hansson, Roqvi Baldvinsson, Brandur Olsen – Klemint Andrasson
Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları görüşü saat 21:00-da start götürəcək.