“Çox gərgin oyun oldu. Oyunun belə çətin keçəcəyini bilirdik. Futbolçuların hamısına təşəkkür edirəm, var gücləri ilə meydançada vuruşdular. Məncə, bu gün qalib də gələ bilərdik. Hər iki komanda yorğun idi. Oyun əvvəldən sona kimi sürətli keçdi. Əsas odu ki, qol buraxmadıq. Düzdü, qalib gəlsəydik, daha yaxşı olardı. Səfərdə çalışacağıq ki, qol vuraq. Məncə, pley-off-a kimi gəlib, “Panatinaikos” kimi komanda ilə başabaş oynamaq yaxşı nəticədi”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Klub rəsmisi komandanın qrup mərhələsinə yüksələcəyi halda iki yeni futbolçu transfer edəcəklərini bildirib:
“Qrup mərhələsinə vəsiqə qazansaq, hətta 2 yeni futbolçu transfer edə bilərik. Bu heytələ qrupda bizim üçün çətin olacaq. Ehtiyatda demək olar ki, oyunu dəyişə biləcək futbolçu yoxdu”.