Misli Premyer Liqasının VI turuna start verilib.
İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edir. Görüş olduqca gərgin başlayıb.
Belə ki, ilk öncə qarşılaşmanın 10-cu dəqiqəsində “Zirə”nin futbolçusu Pyer Zebli birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bunun ardından matçın 27-ci dəqiqəsində isə qonaqların baş məşqçisi Samir Abasov eyni aqibəti yaşayıb.
Təcrübəli mütəxəssis hakimə sərt etiraz etdiyi üçün matçın baş hakimi Kamranbəy Rəhimov ona “qırmızı” verib.
İlk hissəsi davam edən matçda hesab açılmayıb.