Türkiyə millisinin və “Qalatasaray”ln sabiq baş məşqçisi Fatih Terim Azərbaycana gəlib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Qarabağ”ın dəvət ilə ölkəmizə səfər edib. O, Bakıda keçirilən COP29 çərçivəsində Ağdam təmsilçisinin təşəbbüsü ilə yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansını dəstəkləmək üçün Baklya təşrif buyurub.
Mütəxəssisin jurnalistlər üçün brifinqi sabah təşkil olunacaq.