Türkiyə PTT 1-ci Liqasında bazar günü keçiriləcək “Karşıyaka” – “Göztəpə” matçı Türkiyədə böyük maraqla gözlənilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin qolkiperi Kamran Ağayevin çıxış etdiyi “Karşıyaka”nın “Göztepe” ilə keçirəcəyi derbi matçını Türkiyə millisinin baş məşqçisi Fatih Terim stadiondan izləyəcək. Qarşılaşma saat 13:30-da baş tutacaq.
Qeyd edək ki, “Karşıyaka” klubu Türkiyə PTT 1-ci Liqasında 10 turdan sonra 9 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.