Türkiyə millisinin baş məşqçisi Fatih Terim yığmada böyük dəyişikliklər edib.
Çalışdırıcı ikinci komandadan tutmuş U-14 komandasına qədər qapıçılarla işləyən bütün məşqçiləri qovub.
Qeyd edək ki, işinə son verilən məşqçilər Nürəddin Yıldız (ikinci komanda), Mithan Yüksək (U-21), Altay Dağdelen (U-19) və U-15/14-də çalışan Bülənt Yılmazdır.