23 Oktyabr 2024
Kateqoriyasız

Fatih Terimin son qərarı – Millidə qalacaq?

Türkiyə millisinin baş məşqçisi Fatih Terimin gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Hüriyyet” qəzeti xəbər yayıb.

62 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.

Milli komandanın futbolçuları ilə görüşən Terim bunları deyib: “Şansımız olsaydı, “Avro-2016″da yolumuza davam edəcəkdik. İndi istirahət edərək yeni mövsümə yaxşı başlayın. Yaxşı hazırlaşın ki, “DÇ-2018″in seçmə mərhələsinə də uğurlu start verək”.

Türkiyə mətbuatı bu çıxışa istinad edərək, Terimin vəzifəsində qalacağını yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43