“Barselona”nın prezidenti Joan Laporta hücumçu Ansu Fatinin gələcəyi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri oyunçunun komandada oynamağa davam edəcəyini təsdiqləyib.
“Ansu Fati? O, burada davam edəcək. Fati Xavinin etimadını qazanmalıdır. Ansu bunu öz istedadı ilə bacarıb”.
Hücumçunun komanda ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. 2022/23 mövsümündə futbolçu “Barselona”nın heyətində La Liqada 36 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.