Kateqoriyasız

“Faxralı”dan ardıcıl ikinci çempionluq

Borçalı Kəndləri Futbol Çempionatında 3-cü mövsümə yekun vurulub. Ötən ilin dekabrında start götürən 4 ay davam edən turnirdə 19 komanda çempionluq adı uğrunda mübarizə aparıb.

Borçalıda azərbaycanlıların kompakt yaşadığı kəndləri təmsil edən komandalar əvvəlcə iki qrupa bölünüblər. Dairəvi sistemlə keçirilən qrup matçlarından sonra ilk 3 yerin sahibləri birbaşa, 4 və 5-ci yerib sahibləri isə öz aralarında pley-off matçı oynayaraq, qalib gələnlər 1/4 finala yüksəliblər.

Gərgin mübarizə, maraqlı oyunlara səhnə olan turnirin finalında ötən ilin çempionu “Faxralı” komandası ilə “Kirov” üz-üzə gəlib.

Sonuncu çempion rəqibini 8:1 hesabı ilə darmadağın edərək, məğlub olmadan ikinci dəfə kuboku qazanıb.

Üçüncü yerin sahibi isə “Qızılkilsə” kollektivi olub.

Yarışın ən yaxşı oyunçusu “Faxralı”nın hücumçusu Elşən Məmmədov, ən yaxşı qapıçısı çempionun “çərçivə qoruyucusu” Ramin Həsənzadə, bombardiri isə 26 qolla “Dəmirli”nin forvardı Polad Kərimov olub.

Qeyd edək turnirdə müxtəlif komandaların heyətində Elgün Nəbiyev, Tural Qürbətov, Ramiz Çovdarov, Nodar Məmmədov, Eşqin Quliyev kimi hazırda karyerası davam edən, eyni zamanda Samir Musayev, Arif İsayev, Elşən Məmmədov, Ramin Həsənzadə kimi ölkə futbolunda kifayət qədər tanınmış, milli komandamızın keçmiş üzvləri mübarizə aparıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43