22 Oktyabr 2024
Kateqoriyasız

“Fəbərbağça”da ayrılıq – 9 ildən sonra

“Fənərbağça” futbolçusu Gökhan Gönüllə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Bu barədə Gönülün özü məlumat verib. O bildirib ki, yeni müqavilə imzalamamasının tək səbəbi ona qarşı olan yanaşma olub:

“Avropa çempionatı başlanana qədər heç bir klubun təklifini qəbul etməyəcəm. Müqavilə imzalayacağım klubda belə “Fənərbağça”nın mənə təklif etdiyi məbləğdən artıq qazanmağı düşünmürəm. Sabah nə olacağını bilməz olmaz. İlk hədəfim futbolçu karyeramı Avropada davam etdirməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43