Dünya futbolu

Federasiya “Qarabağ”ın rəqibini cərimələdi

Belçika Futbol Assosiasiyas “Gent”i cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb azarkeşlərin Brügge” ilə oyunda  priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi olub.

Federasiya klubu 1500 avro cərimələyib. Bildirilib ki, əgər eyni hallar bir də baş tutarsa, daha sərt cəzalar tətbiq ediləcək.

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43