Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına bir milyon manat ayrılsın.