Kateqoriyasız

Federasiyaya 1 milyon manat ayrıldı – Prezidentdən sərəncam

Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına bir milyon manat ayrılsın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43