Dünyadan

Felipe Melo: “Qalatasaray” azarkeşləri hər şeyi korladı”

“Qalatasaray”ın ulduz futbolçusu azarkeşlər haqqında sərt açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melo verdiyi müsahibəsində “sarı-qırmızı”lı komandanın azarkeşlərini tənqid edib.

“Biz Çempionlar Liqasında daha yaxşı oyun sərgiləməyə çalışarkən azarkeşlərimiz “Arsenal”la görüşümüz zamanı meydana məşəl atdılar. Daha sonra onları sakitləşdirdik. Sərt cəza ala biləcəyimizi hətda stadionumuzun bir neçə oyun bağlana biləcəyini bildirdik. Amma onlar yenidən “Borussiya” matçında arenaya məşəl atdılar. Və hər şeyi bərbad etdilər.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43