“Fənərbağça” zədəli futbolçusu Caner Erkindən şad xəbər alıb.
İdmanxeber.com-un məlumatına görə, “sarı-lacivərdlilər”in müdafiəçisi Caner Erkin zədəsini sağaldıb və komanda ilə birgə məşqlərə başlayıb.
Təcrübəli oyunçu Avroliqanın qrup mərhələsinin 5-ci turunda “Molde” ilə matçda iştirak edəcəyi gözlənilir.