“Fənərbağça”nın hücumçusu Robin Van Persi ilə “Mançester Yunated”in yarımmüdafiəçisi Memfis Depay arasında insident yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “De Telegraaf” nəşri xəbər yayıb.
Hadisə sözügedən oyunçuların çıxış etdikləri Hollandiya millisinin düşərgəsində baş verib. Depay Qazaxıstana qarşı (2:1) AVRO-2016-nın seçmə mərhələ oyununa start heyətində çıxıb, ancaq Van Persi 87-ci dəqiqədə meydana daxil olub. Bu qarşılaşma Van Persi üçün yığmanın heyətində 100-cü oyun idi.
Hollandiyanın baş məşqçisi Danni Blind isə Van Persi ilə Depayın arasında baş verənlərin onun qərarı ilə əlaqəli olmadığını dilə gətirib:
“Biz Depayla Van Persi arasındakı məsələni müzakirə etmişik. Amma bu, mənim Van Persini ehtiyatda qoymağımla bağlı deyil. O, start heyətində meydana çıxmaq üçün tam hazır deyildi. Bu, onun müəyyən ağrılar hiss etməsi ilə əlaqədardı“.