“Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım “1461 Trabzonsporlular” Dərnəyinin sədri İbrahim Tüfekçi arasında insident yaşanıb.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, dünən İstanbuldakı Sabiha Gökçen hava limanında Yıldırımla qarşılaşan Tüfekçi deyib: “Əziz bəy, vicdanınız sizə əzab vermir ki?! Pullu matçlara, hesabları saxtalaşdırmağa görə utanmadınızmı?”.
Əziz Yıldırım isə – “Çox rahatam! Tərbiyəsiz hərif!” cavabını verəndən sonra ayağa durub, Tüfekçiyə yumruq atıb, söyməyə başlayıb.
Yıldırımın yumruğu hədəfə dəyməyib. Daha sonra polis dalaşanları aralayıb.