“Fənərbağça”nın və Türkiyə millisinin əfsanələrindən olan Ərcan Aktuna vəfat edib.
1965-ci ildə “Fənərbağça”ya transfer olunan və 10 sezon bu komanda da çıxış edib, 6 dəfə çempionluq tituluna yiyələnən Aktuna, yığmada isə ümumillikdə 37 oyuna çıxmışdı.
Karyerasını bitirdikdən sonra bir müddət məşqçi kimi özünü sınayan veteran futbolçunun, ürəktutmasından öldüyü bildirilir.