Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Fənərbağça” – “Arsenal” oyununun baş hakimi müəyyənləşib.
Türkiyə Futbol Federasiyasının yaydığı məlumata görə, avqustun 21-də “Şükrü Saracoğlu” stadionunda baş tutacaq oyunu italyan hakim Canluka Rokki idarə edəcək.
Ona Elenito di Liberatore, Canluka Kariolato, Alessandro Qallatini kömək edəcək.
Qeyd edək ki, “Fənərbaxça” – “Arsenal” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.