Hal-hazırda Türkiyə Super Liqasında 3-cü pillədə qərarlaşan "Fənərbaxça" klubu qış fasiləsində heyətini "Beşiktaş"ın futbolçusu ilə gücləndirmək fikrindədir.
İdmanxeber.com-un məlumatına görə, sezon sonunda "Beşiktaş"la müqaviləsi bitəcək olan Vəli Kavlakı "Fənərbaxça" klubu 1,5 milyon avro qarşılıqında transfer etməyə hazırlaşır. "Fənərbaxça" klubu artıq V.Kavlakın meneceri ilə də görüşmələrə başlayıb.
Qeyd edək ki, Kavlak "Beşiktaş"da ilinə 600 min avro qazanc əldə edir.