“Qalatasaray”ın futbolçusu Həmid Altıntop “Fənərbaxça” ilə keçiriləcək superkubok matçını buraxacaq.
İdmanxeber.com-un məlumatına görə, komanda ilə birgə məşq zamanı sol ayaq əzələsindən zədələnən təcrübəli oyunçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu səbəbdən Həmid Türkiyə Superkubokunda “Fənərbaxça” ilə matçda iştirak etməyəcək