Türkiyə Superliqasında 16-cı turun görüşlərinə yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, son oyun günü “Fənərbaxça” doğma meydanda “Karabükspor”u qəbul edib. Qarşılaşma İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “sarı bülbüllər” turnir cədvəlində ikinci sıraya yüksəlib. Çempionata 33 xalla “Başakşəhər” başçılıq edir.