Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “sarı-lacivərdlilər”in əsas heyət üzvü Caner Erkin zədələnərək sıradan çıxıb.
Sol cinah müdafiəçisi dizindən zədələnib. Onun bu gün menisk əməliyyatı olunacağı gözlənilir. Əgər bu əməliyyat baş tutsa o zaman Caner ən azı yanvara kimi “Fənər”ə kömək edə bilməyəcək.
C.Erkin artıq müayinə üçün Almaniyaya yollanıb.