20 Yanvar 2025
Dünyadan

“Fənərbaxça” ŞOKDA

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “sarı-lacivərdlilər”in əsas heyət üzvü Caner Erkin zədələnərək sıradan çıxıb. 

Sol cinah müdafiəçisi dizindən zədələnib. Onun bu gün menisk əməliyyatı olunacağı gözlənilir. Əgər bu əməliyyat baş tutsa o zaman Caner ən azı yanvara kimi “Fənər”ə kömək edə bilməyəcək.

C.Erkin artıq müayinə üçün Almaniyaya yollanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43