Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, kubok matçında “Altınordu”a qarşı matçda zədələnən Emmanuel Emenikenin durumunun ciddi olduğu müəyyənləşib. Müalicəsinə başlanılan oyunçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.