“Fənərbaxça” növbəti ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “sarı-lacivərdlilər”in sebriyalı futbolçusu Lazar Markoviç ötən gecə “Osmanlıspor”la oyunda zədələnib. Zədəsi ciddi olduğundan oyunu davam etdirə bilməyən gənc futbolçunun Avroliqada “Ayaks”a qarşı baş tutacaq səfər matçında çıxış edə bilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, “Fənərbaxça”da digər zədəli futbolçu Caner Erkindir.