Kateqoriyasız

“Ferentsvaroş” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

“Ferentsvaroş”un futbolçusu Henri Uinqo zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib. O, 27 yaşlı müdafiəçinin  “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxacağını bildirib.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43