“Qarabağ”dan “Ferentsvaroş”a keçən Kvabena Ovusu yeni komandası barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu Ağdam təmsilçisinin Macarıstan klubu ilə üz-üzə gəldiyi oyunu xatırlayıb:
“Ferentsavoş”la qarşılaşanda rəqibin bizə çətin anlar yaşadacağını demişdim. Çünki onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən də tam gücümüzlə mübarizə aparmalıydıq. Komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq”.
“Ferentsvaroş” qanalı ilə müqavilə müddətini açıqlamayıb.