Ölkə futbolu

Fərhad Vəliyev: “Milliyə dəvət almaq olduqca xoş bir duyğudur”

Azərbaycan millisinin noyabr ayında Estoniya və Qırğızıstan millilərinə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün yığmaya dəvət alacaq futboçuların siyahısı açıqlanıb.

Yığmaya dəvət alanlar arasında “Qarabağ”ın qolkiperi Fərhad Vəliyev də var. 33 yaşlı qolkiper 2 ildən sonra millinin düşərgəsinə qoşulacaq. Fərhad “Qarabağ”ın rəsmi saytına verdiyi açıqlamada milliyə qayıtması haqda danışıb: “Təbii ki, milliyə dəvət almaq olduqca xoş bir duyğudur. Hər zaman ölkənin əsas komandasının formasını qorumaqdan məmnun olmuşam. 2 ildən sonra milliyə dəvət almağım yəqin son zamanlar əsas heyətdə çox oynamağımla əlaqədardır. Son zamanlar uğurlu çıxış edirik. Yəqin bu da millinin məşqçilər heyətinin diqqətindən qaçmayıb. Çalışacam millidə şans veriləcəyi təqdirdə özümü ən yaxşı tərəfdən göstərim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43