İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Fernando Torres “Deportivo”ya rəhbərlik etmək təklifini rədd edib.
İdmanxeber.az-ın məlumatına görə, komanda hazırda İspaniya Sequndasında 16-cı yerdədir. Sabiq futbolçu klubda işləmək istəməyib.
İddia edilir ki, Torres “Atletiko”dan təklif gözləyir. Madrid klubunun Dieqo Simeone ilə yollarını ayıra biləcəyi bildirilir.
Xatırladaq ki, Fernando “Atletiko”nun B komandasının baş məşqçisidir.