AFFA U-17 Liqasında II dövrəyə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, hazırda davam edən “Vətən” – “Sumqayıt” görüşü “ASK Arena”da keçirilir. Matçı izləyənlər arasında milli komandanın baş məşqçisi Fernandu Santuş da var.
Portuqaliyalı mütəxəssis oyunu yerindən izləmək üçün stadiona gəlib.
Xatırladaq ki, Santuş daha öncə Azərbaycan I və II liqası bəzi görüşlərini də stadiondan izləyib.