28 Sentyabr 2024
Ölkə futbolu

Fernandu Santuş: “Azərbaycanın uğurları naminə çalışacağıq”

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında İsveç və Slovakiya yığmaları ilə keçiriləcək oyunlardan öncə mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis yığmanın qarşıdakı görüşlərdə çıxışından və Mahir Emrelinin dəvət olunmamasından danışıb:

“Əzmkar və mübariz komanda qurub, rəqiblərimizin qarşısına çıxacaq, Azərbaycanın uğurları naminə çalışacağıq. O, hazırda zədəlidir. 50 nəfərin olduğu siyahıdan seçim etmək məcburiyyətində idim. İndiki durumda yalnız 24 nəfəri heyətə cəlb edə bildim. Amma bu o demək deyil ki, digərləri növbəti oyunlarda meydana çıxa bilməyəcəklər. Mahirlə yanaşı, bir neçə futbolçunu da eyni səbəbdən milli komandaya çağırmadım. Fikrimcə, onların yoxluğu komandamızın oyununa mənfi təsir göstərməyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43