17 Sentyabr 2024
Ölkə futbolu

Fernandu Santuş: “Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik”

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyət barədə bunları deyib:

Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində topu çox itirirdik. Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib yığma çox pressinq edirdi. İntensiv oyun göstərə bilməməyimiz problemlərimizdən biridir. Yaxşı müdafiə oluna, hücumlar yarada bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43