Formula 1-də yeni mövsümün start götürməyinə az qalıb.
İdmanxeber.az-ın məlumatına görə, mövsümöncəsi Bəhreyndən keçirilən məşqlərin ilk günü başa çatıb.
Birinci günün ən sürətlisi son çempion Maks Ferstappen olub. Onu Lando Norris və Karlos Saynz izləyib.
Məşqlər sabah və cümə günü də davam edəcək.
Xatırladaq ki, 2024-cü ilin ilk yarışı da 29 fevral – 2 mart arasında Bəhreyndə keçiriləcək.