“Feyenord” klubu baş məşqçi Brayan Priskinin istefa verdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik danimarkalı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Bildirilir ki, Priskinin istefasına səbəb qeyri-qənaətbəxş nəticələrdi.
Komandaya müvəqqəti kimin rəhbərlik edəcəyi çərşənbə axşamı məlum olacaq. Fevralın 12-də Rotterdam komandası Çempionlar Liqasında “Milan”la ilk pley-off matçını evdə keçirəcək.