08 Dekabr 2022
İdman

FİDE yeni reytinq siyahısını açıqladı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 1 təmsilçisi yer alıb.

Teymur Rəcəbov 2 763 xalla 10-cu pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 5 pillə geriləyərək,  2762 xalla 11-ci yerdə qərarlaşıb.

Qədir Hüseynov (2 665) 69-cu, Rauf Məmmədov (2654) 89-cu,  Nicat Abbasov (2652) 93-cü sırada qərarlaşıb.

Siyahıya  Maqnus Karlsen (Norveç, 2855) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2800) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2459) 1 pillə irələləyib və 25-cı sırada yer alıb. Gülnar Məmmədova (2395) 68-ci, Xanım Balacayeva ( 369) isə 92-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Yagelloniya”nın baş məşqçisi: “Meydanda nə etmək istədik, hamısı alındı”

admin

Yunis Hüseynov “Kəpəz”də “siftə”lədi

admin

Vladimir Putin DÇ-2018-dəki favoritlərini açıqladı

admin