FIFA azərbaycanlı futbolçu Tural Bayramlının Yunanıstanın “Pierikos” klubuna qarşı qaldırdığı iddianı böyük ölçüdə təmin edib.
İdmanxeber.az xəbər verir ki, bu barədə onun hüquqşünası Ramil Cahangirov məlumat yayıb.
Qərara əsasən klub həm əmək haqqı borcu, həm də müqavilənin əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidir.