Ölkə futbolu

FİFA “Bakı”nı cəzalandırdı

"Bakı" klubuna şok qadağa qoyulub. 

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz qarşıdakı iki "transfer pəncərəsi"ndə futbolçu ala bilməyəcək.

Buna "Bakı"nın keçmiş üzvü Ruslan Leviqaya səbəb olub. Sən demə, "zolaqlılar"ın sözügedən futbolçuya borcu var imiş və Ruslan bu pulu ala bilmədiyi üçün FİFA-ya şikayət edib. Ali futbol qurumu da buna görə "Bakı"nı cəzalandırıb.

Əgər təmsilçimiz futbolçunun haqqını bərpa edib pulunu verməzsə, cəza müddəti daha da uzadılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43