Kateqoriyasız

FIFA-dan AFFA-ya 500 min dollar yardım

FIFA koronavirus pandemiyasının təsiri ilə əlaqədar milli assosiasiyalara maliyyə yardımı edəcək.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yaxın günlərdə 150 milyon dolların dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcəyi qeyd olunub. Hər federasiyanın hesabına 500 min dollar köçürüləcəyi bildirilib.

FİFA-nın futbolun qorunmasına kömək etmək üçün bu addımı atdığı vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43