FIFA İngiltərə Premyer Liqa təmsilçisi “Çelsi” klubunu cəzalandırıb.
London klubu 18 yaşdan aşağı futbolçuların transferlərində qanunsuzluğa yol verdiyi üçün transfer cəzasına məruz qalıb. Ali futbol qurumu “Çelsi”yə növbəti iki transfer dönəmində futbolçu transfer etməmək qadağası qoyub.
Bundan əlavə, “mavilər” 970 min avro cərimə də edilib.