Bu gün FİFA-da UEFA prezidenti Mişel Platininin vəzifəsindən və futbol fəaliyyətindən 3 ay müddətinə uzaqlaşdırılası ilə bağlı qərarından apelyasiya şikayətinə baxılıb.
İdmanxeber.com-un məlumatına görə, bugünkü iclasda qeyd olunub ki, Platininin vəkillərinin UEFA prezidenti ilə bağlı qərar verilərkən onun özünümüdafiə hüququnun təmin edilməməsi ilə bağlı iddiaları əsassızdır.
“FİFA-nın etik komitəsinin üzvləri Platini barədə qərar verməzdən öncə onunla beş saata yaxın söhbət aparıblar. Bu söhbətin stenoqramı 50 səhifədən çoxdur” – deyə FİFA-dan bildirilib.