FİFA-nın İntizam Komitəsi Seneqal Futbol Federasiyasını cərimələyib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Seneqal millisinin media ilə bağlı reqlamentin müddəalarını pozub.
Belə ki, Seneqal millisinin oyunçusunun DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Ekvadorla oyundan (2:1) əvvəl keçirilən mətbuat konfransında iştirak etməyib. Buna görə də Seneqal Futbol Federasiyası 10 min İsveçrə frankı (10 min 162 avro) məbləğində cərimələnib.