FİFA Türkiyə Super Liqa klubuna transfer qadağası qoyub.
İdmanxeber.az-ın məlumatına görə, “Sivasspor” bu cəzayla üzləşib. Buna səbəb klubun sabiq futbolçularına olan borcudur. Əgər bu pullar ödənməsə, Sivas klubu transfer edə bilməyəcək.
“Sivasspor” Super Liqada 24 turdan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.