Ölkə futbolu

FİFA Bakıda turnir keçirəcək

FİFA “FİFA seriyası” adlanan yeni layihəyə start verir. 

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, yeni layihəyə əsasən, FİFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq.

Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. 

İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumatın (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43