Dünya futbolu

FİFA-dan yenilik- oyunların müddəti uzanır

FİFA oyunlara əlavə olunan vaxtla bağlı yeni bir qərar qəbul etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, qrum rəhbərliyi matçlardakı fasiləni oyunun tempi üçün ciddi zərbə görür. Bu baxımdan dünya çempionatında görüşlərin sonuna əlavə edilən dəqiqələr artırılmışdı.

Bu səfər isə FİFA oyunlardakı qol sevinclərini də vaxt itkisi olaraq görür. Artıq bununla bağlı çalışmalara başlanılıb.

İspaniyanın nüfuzlu “Marca” nəşri yazır ki, rəhbərlik həftəsonu toplanacaq və qol sevincləri zaman yaranan fasilənin də görüşün sonlarına əlavə ediləcəyini açıqlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43