İdman

FİFA milli komandanı cəzalandırdı

FİFA Serbiya Futbol Federasiyasını cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, cəzaya serbiyalı azarkeşlər səbəb olublar.

Yığma komandanın fanatları DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avstriya ilə səfər (3:2) və Gürcüstanla ev oyununda (1:0) pirotexniki vasitələrdən istifadə edib, siyasi və irqçi bannerlər açıb, yolverilməz şüarlar səsləndiriblər. Bütün bunlara görə dünya futbol qurumu serbləri 160 min İsveçrə frankı məbləğində cərimə edib. Bundan əlavə, bu ölkənin futbol federasiyasına ciddi xəbərdarlıq edib.

Qeyd edək ki, Serbiya D qrupundan vahid lider kimi mundiala birbaşa vəsiqə əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43