09 Avqust 2022
İdman

FİFA millinin 3 xalını silir!

FİFA Ukrayna millisini sərt şəkildə cəzalandıra bilər.

Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Sergey Storojenko məlumat verib.

Səbəb isə sentyabrın 6-da keçirilən Ukrayna – San Marino (9:0) görüşü zamanı yerli azarkeşlərin yığmanın milliləşdirilmiş braziliyalı üzvü Edmara irqçi davranışlarıdır və buna görə millinin 3 xalı silinə bilər.

Federasiya rəsmisinin dediyinə görə, milli ev oyunlarını boş triubunalar önündə keçirmək təhlükəsi ilə üz-üzədir.

“FİFA-nın bəzi iddiaları ilə razılaşmadıq. Cavab məktubunda bildirdik ki, ukraynalı azarkeşlər millimizin üzvü Edmara qarşı irqçi hərəkətlərə yol verə bilməzlər. Bu futbolçu 10 ildən çoxdu ölkəmizdə yaşayır və ukraynalı xanımla evlidir. Özü də, azarkeşlərimizin sevimlisidir. Ümid edirik ki, FİFA mövqeyimizi başa düşəcək. Lakin cəza almaq riski böyükdür. FİFA yekun qərarını sentyabrın 27-dək açıqlayacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Avropa çempionatı: Qadın güləşçimiz finalda

admin

Qurban Qurbanovun yetirmələri bu gün növbəti sınağına çıxır

admin

Son Anda: “Qarabağ”- PAOK matçının vaxtı dəyişdirildi – ÖZƏL

admin