FİFA “Neftçi”ni cərimələyib.
Bu barədə idmanxeber.com-a klubun vitse-prezidenti Tahir Süleymanov deyib.
“Ağ-qaralar” “Neftçi” klubu fiziki-hazırlıq üzrə sabiq məşqçisi Mehmet Aka təzminat ödəyəcək. Belə ki, 2011-ci ildə komandadan göndərilən Ak təzminat üçün FİFA-ya şikayət etmişdi. Ali futbol qurumu isə türkiyəli mütəxəssisin lehinə qərar qəbul edib. Paytaxt klubu türkiyəliyə ödəyəcəyi təzminatın məbləği 42 min avrodur.