İdman

FİFA-nın yeni reytinq cədvəli açıqlandı: Mozambik millisi Azərbaycanı qabaqladı

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, cədvəldə ciddi dəyişikliklər olub.

Bu dəyişikliklərə səbəb DÇ-2018-in sentyabrda baş tutan seçmə oyunlarıdı.
 
Azərbaycan millisi 23 pillə geriləyib. Sentyabrda 92-ci olan Robert Prosineçkinin yetirmələri 115-ci pilləyə yuvarlanıb. Yığmamızın uçuruma düşməsi ciddi xal itkisindən irəli gəlib. Sentyabrda aktivində 388 xal olan milli indi cəmi 273 xala malikdi. İtirilən 115 xal da 23 pilləlik enişi qaçılmaz edib.
 
Belə uğursuzluq evdə Çexiyaya 1:2, səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzmağımızla bağlıdı. İki yenilgi ilk “yüzlük”dən kənar qalmağımızla nəticələnib.
 
Millimiz və “qonşular”ı
111 (108). Mozambik – 299
112 (128). Yəmən – 297
113 (110). İordaniya – 281
114 (136). Türkmənistan – 279
115 (92). Azərbaycan – 273
116 (123). Filippin – 272
117 (116). Malavi – 271
118 (118). Ruanda – 268
119 (127). Mərkəzi Afrika Respublikası – 266


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43